Yeməkdən doymayan bürclər – Kimlər həyatın mənasını qidalanmaqda görür?

Əksəriyyətimiz üçün yemək bioloji ehtiyacla yanaşı, xüsusi zövqdür. Ancaq bəzilərimiz üçün bu bir həyat tərzidir. Digər qrup insanlar isə həyatın sevincini yeməkdə tapır.




Fit.Az Bizim.Media-ya istinadən 3-cü qrup insanların hansı bürcə mənsub olduğunu təqdim edir:

Buğa

Buğalar həyatını həzzlə dolu yaşamaq istəyən insanlardır. O, həyatın dadını çıxarmağı bilir. Təbiəti sevir və buna paralel olaraq yeməklərdə aromatik ədviyyatların ləzzətindən faydalanmağı xoşlayır. Xərcləri nəzərə almaq ona dəbdəbəni sevməyə mane olmur. Zərif zövqə malik insan kimi dünya mətbəxi ilə maraqlana bilər. Dəniz məhsulları və balıq növləri onun xüsusi dadıdır.

Xərçəng

Xərçəngi özlərinin yeməklərindən əvvəl, ailələrinə düşkün olduğu üçün onların qida rasionuna xüsusi diqqət yetirirlər. Buna görə də Xərçənglər üçün çox düşündükləri mövzuların başında qida və sağlamlıq durur. O, mətbəxdə də ənənəvi tərəflərini göstərməyi xoşlayır. Dolma, xəmir xörəkləri və dəniz məhsulları xərçənglərin sevimli yeməklərindəndir.

Tərəzi

Tərəzi gündəlik həyatında daim harmoniya və tarazlıq axtarışındadır. Təbii ki, hava ünsürünün nümayəndəsi kimi onun sosial dairəsi də çox genişdir. Dostları ilə nahara getməyi və söhbət etməyi sevir. İşgüzar naharlarda onunla tez-tez rastlaşmaq mümkündür. Bir az ət, bir az tərəvəz, bir az nahardan sonra desert məhz Tərəzilər üçündür. Yemək yeyərkən digər hər şeyi unutsalar belə, zərifliklərindən güzəştə getmirlər.

Şir

Aslanlar hər şeydə olduğu kimi yeməkdə də ən yaxşısını istəyir. Yeməkdən məmnun qalmağa xüsusi diqqət yetirirlər və dostları ilə əyləncəli planlar qurmazdan əvvəl özünü tox hiss etməlidir. O, hər cür ədviyyatlı yeməkləri sevir, xüsusilə ət və kababı. Hamburgerin xoşbəxtliyinə yox deməyən Aslan yediyi hər dişləmədə doymaq hissi ilə lider ruhunu bir daha gücləndirir.

Balıqlar

Su ünsürünün xəyalpərəst üzvü Balıqlar intuisiyaları güclü olduğu üçün duyğularını çox tez dəyişə bilirlər. Onların desertlər və xüsusilə şokoladlı tortlara qarşı xüsusi simpatiyası var. Makaron və ləzzətli souslarla əhval dəyişikliyinə çarə tapmağı sevən Balıqlar romantik şam yeməyinə çıxmağı, sevdikləri ilə içki içməyi də xoşlayır. Balıqlar yemək hazırlamaqda da mahirdirlər.