Yatmadan əvvəl otağınıza qoyun!

Bəzən stress və narahatlıqdan bəzən isə otağın havasından rahat yata bilmirsinizmi?

Yuxu problemlərini həll edən və yaxşı yatmanızı təmin edən saxsı çiçəklərinə mütləq nəzər salın.

Lavanta - Lavantanın narahatlıq və stressi azaltdığı ən çox bilinən xüsusiyyətlərindəndir. Lavantanın qoxusu ürək ritminizi yavaşladar və stressi azaldar. Araşdırmalara görə, qoxusu yüngül yuxu verər. Bu da qısa yuxular üçün idealdır.

Digər tərəfdən, lavanta qoxusu körpələrin ağlamasını azaltdığından ailələrin gecə daha yaxşı yatmalarına köməkçi olar.

Bibəriyə - Bibəriyə sakitləşdirici təsirə malikdir. Yuxunuzu yaxşı almanızı təmin edər.Eyni zamanda yaddaşı gücləndirir.

Jasmin - Tibbi olaraq jasmin çiçəyinin qoxusu, yuxu keyfiyyətini inkişaf etdirdiyi sübut edilmişdir. Narahatlıq və depressiyanı azaltmağa köməkçidir. Həm bədən həm də zehin üçün çox təsirlidir.

Paşa qılıncı - Paşa qılıncı çiçəyinin baxımı olduqca asandır, çox diqqətə ehtiyac yoxdur. Gecə boyunca otağınızdakı havaya təzə oksigen yayar. Karbon 4 oksid və toksinləri qaldırar. Bu bitki allergiya, astma və digər nəfəs alma problemləri üçün ideal bir həlldir.

Divar sarmaşığı - Bu sarmaşıqlar qapınızda asanca inkişaf edər. Havanı təmizləyər. 12 saat içində kif və rütubəti %94 nisbətində azaldar. Qaranlıq və rütubətli otaqda yatmaq məcburiyyətində olanlar üçün, möcüzə bir bitkidir. Eyni zamanda otağınız üçün gözəl bir dekoratif ola bilər.