Evimizi Bəzəyərkən Nəyə Diqqət Etməliyik?

Divar Dekorasiyası

Evimizi bəzəmək, gələn qonaqları heyran qoymaq üçün əlimizdən gələn hər şeyi edirik. İstər mebel seçimi, istər bəzəklər, istərsə də işıqlandırma baxımından həmişə uyğunluq təşkil etmək lazımdır. Hər şey bir-birini tamamlasa evimiz rahat bir məkana çevrilə bilər.

Evimizi Bəzəyərkən Nəyə Diqqət Etməliyik?


Bir çox şəxs evini bəzəməyə mebellərdən başlayır. Lakin bu tələsik seçim olar. fit.az bildirir ki, Evi ilk dəfə bəzəməyə divarlardan başlamaq lazımdır. Mebel seçərkən divar rənginə uyğun seçməyiniz tövsiyyə olunur. Divar dekorasiyası insanlar tərəfindən milyonlarla il bundan əvvəl başlamışdır. Mağara divarında çəkilmiş şəkillər buna sübutdur. Orta əsrlərdə İntibah dövründə başlayan bəzək və göstəriş modası evlərə də əks olunduqca divar bəzəmək ön plana çıxmışdır. Sonradan divar bəzəmə dəbində parça dövrəyə girdikdə divar kağızı icad edilmədiyindən divarlar atlas parçayla örtülməyə başlamışdır. Günümüzdə divarlar adətən sadə pastel rəng boyalarla rənglənir.

Evimizi Bəzəyərkən Nəyə Diqqət Etməliyik?


Sadəliyi isə divarda istifadə olunan güzgülər və ya şəkillər saxlayır. Lakin istəyə görə divarınızı divar kağızları ilə də bəzəyə bilərsiniz. Göz yorucu rənglər istifadə etmədən hər zövqə uyğun, müxtəlif naxışlı və ya sadə rəng boya evinizə çox gözəl hava qata bilər. Gənclər üçün istifadəsi uyğun olan, bu günün dəbi panorama divar kağızlarıdır. Dünyanın ən məşhur şəhərlərini əks etdirən bu divar kağızları divarlarınızı olduqca müasir göstərəcək.

Evimizi Bəzəyərkən Nəyə Diqqət Etməliyik?

Hazırladı Əliyeva Günay
fit.az