Kişilər üzüyü hansı barmağa taxmalıdırlar?

Kişilər üzüyü hansı barmağa taxmalıdırlar?

Kişilər üzüyü hansı barmağa taxmalıdırlar? Hansı daşları olan üzük taxmaq daha yaxşıdır?

Məsumların hədislərində kişilərə tövsiyə edilir ki, üzüyü sağ əlin barmaqlarına taxsınlar. Sağ tərəf sol tərəfdən daha üstün sayılır. Sağ əlin çeçələ və onun yanındakı adsız barmağına üzük taxmaq daha yaxşıdır. Bəzi hədislərdə orta və şəhadət barmağa kişilərin üzük taxması qadağan edilib. Hansı üzük taxmağa gəlincə, kişilərə qızıl üzük taxmaq haramdır. Dəmir üzük taxmaq günah olmasa da, bəyənilmir. Ən yaxşısı budur ki, gümüş üzük taxılsın. Üzüyün qaşının əqiq və firuzədən olması daha çox məsləhət bilinib. Həmçinin, yaqut, zümrüd, zəbərcəd (xrizolit, topaz) qaşlı üzük taxmaq da faydalıdır.