Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI

Çox vaxt istifadə etdiyimiz ərzaqların istifadəyə yararlı qalması üçün onları soyuducuda saxlayırıq. Bəs əslində soyuducuda saxlamaqla onların keyfiyyətini öldürdüyümüzü bilirikmi ? fit.az soyuducuda saxlamamalı olduğumuz bəzi ərzaqların siyahısını təqdim edir.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Pomidor
Soyuducuda saxladığımız halda pomidorun iç və çöl quruluşu pozulur və dadını itirir.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Zeytun yağı
Müəyyən müddət sonra qatılaşma xüsusiyyətinə malikdir. Rəngində tündləşmə meydana gələ bilər. Soyuducuda saxlamaq uyğun deyil.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Şokolad
Uzun müddət soyuducuda saxladıqda üzərindəki rəngi dəyişib, ağarmağa başlayır.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Qəhvə
Qəhvə də eynilə şokolad kimi, bir müddət soyuducuda qaldıqdan sonra üzərində ağarma meydana gəlməyə başlayır. Buna görə də qəhvəni quru və sərin yerdə saxlamaq lazımdır.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
İsti yeməklər
İsti yeməyi birbaşa soyuducuya qoymaq həm soyuducunun işləmə mexanizminə təsir göstərir, həm də yeməkdə bakteriyaların əmələ gəlməsini (yeməyin qıcqırması) sürətləndirir.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Çörək
Çörək soyuducuda erkəndən xarab olur və dadı dəyişir. Əgər uzun müddət saxlamaq istəyirsinizsə buzluqda dondurmaq olar. Lakin mümkün qədər ağzı bağlı soyuducuya qoymadan mühafizə etməniz lazımdır.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Banan
Soyuducuya qoymaq yerinə quru və sərin yerdə saxlanılmalıdır.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Şaftalı
Soyuducuda saxlamaq daha tez çürüməsinə səbəb ola bilər.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Bal
Soyuducuya qoyulan balın tərkibində bir pozulma olmasa da formasının pozulduğu müşahidə edilər. Xarab olmayan bir qida olan balı soyuducuda saxlamağa ehtiyac yoxdur.

Soyuducuda Saxlanmayacaq Qidalar - SİYAHI
Soğan və Sarımsaq
Soyuducuda saxlamağa çalışdığımız soğan və sarımsaq sərtləşə və forması pozula bilər.Soğan və sarımsağı bir torba içində quru və sərin yerlərdə saxlamaq doğru olar.



Əliyeva Günay
fit.az