İlginc meyvə dietası - gündə 51 banan

Loni Jane Antoni adlı qadın meyvə dietasının köməyi ilə arıqladığı üçün internetdə məşhurlaşıb. Bananlardan kokteyl hazırlayan, hər gün banan yeyən qız qısa müddətdə arıqlamağı bacarıb.

fit.az
musavat.com-a istinadən bildirir ki, "Freelee the Banana Girl" adından istifadə edən Loni adlı qız kokteylə ananas və başqa meyvələr də əlavə edir. Hər gün 51 banan yediyi videoları internetdə paylaşan Loni, hər gün ən az 10 banan yeməyi məsləhət görür. Avstraliya mediası qız haqqında yayılan məlumatları dərc etdiyi üçün o daha da məşhurlaşıb. Ölkənin ən məşhur həkimləri qızı sərt şəkildə tənqid edərək, bu yolla arıqlamağa çalışanlara xəbərdarlıq ediblər.