Ayoli sousu ilə xırt-xırt kartof qabıqları

fit.az ayoli sousu ilə xırt-xırt kartof qabıqlarının hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay):

6 iri kartof

Ayoli sousu:

1 yumiurtanın sarısı
1 ç.q.-dan az xardal
dəniz duzu
1.5 st. zeytun yağı
4 x.q. limon şirəsi
1 diş sarımsaq
1 çimdik zəfəran
2 ç.q. qaynar su
qızartmaq üçün yağ

Kartofun üzərini bərk fırça ilə tərtəmiz yuyun. Kağız salfetlə qurulayıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin.

Ayoli sousu: yumurta sarısı, xardal və duzu qarışdırın. Zeytun yağını az-az əlavə edib çalın, limon şirəsi ilə əzilmiş sarımsağı qatın.
Ayrı kasada zəfərarın üzərinə qaynar suyu töküb 5 dəqiqə dəmləyin. Sonra sousa əlavə edin.
Kartof bişdikdə ortadan iki bölün. Qaşıqla içini çıxarın. Çox da nazik olmayan qabıqları 4 yerə bölün.
Zeytun yağında kartof qabıqlarını qıpqırmızı qızardın.
Süfrəyə zəfəranlı ayoli sousu ilə birlikdə verin.

Nuş olsun!

milli.az