Mayonezli Qurabiyə Resepti

Tərkibi:
Mayonezli qurabiyə
100 qr mayonez
100 qr yuumuşaq kərə yağı
1 yumurta xəmirə
1 st şəkər
1 ç.q. soda
1,5 - 2 st un
1 cimdik duz
1 yumurta üstünə çəkmək üçün

Hazırlanması:

1. Yumuşaq yağı mayonezlə yaxşıca qarışdırmaq ( qaşıqla olar, mikserə ehtiyac yoxdur)
2. Yumurta və şəkəri əlavə etmək , yaxşı qarışdırmaq
3. Un və sodanı üstünə ələmək və yumuşaq, ələ yapışmayan xəmir yoğurmaq. Çox oynamayın xəmir ilə, yoxsa qurabiyələr quru olacaq.
Sodanı heç nə ilə öldürmürük, mayonez var çünki.
Xəmir 5 dəq dincəlsin, sonra istəsəniz ovcunuzun içində yumrulayın, istəsəniz mənim kimi 3-4 mm qalınlıqda yayın və yumru şəkildə kəsin.
Yumurtanı kasəyə qırın, çəngəllə biraz çalın ki, açılsın. Qurabiyələrin üstünə çəkin və əvvəldən 180-190 t isidilmiş sobada 15-20 dəq bişirin.

Nuş olsun!