Şokoladlı tartaletlər resepti

Tərkibi:
Kərə yağı 150q
Un 200-300q
Şəkər tozu 50q
Yumurta 1 ədəd
Şokolad 200q
Qaymaq(20-30% yağlı) 100ml

Hazırlanması:

İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirin. Mikserin vasitəsi ilə bu kütləni çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un və bir çimdik duz elavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saatlıq soyuducuya qoyuruq. Bərkimiş xəmiri oxlo ilə 3-4mm qalınlığında yayırıq. Tartaletlər üçün formaların həcminə uyğun yayılan xəmirimizi hissələrə bölürük. Hər bir hissəni formaya yerləşdirib, tartaletlərər forma veririk. Sobanızı 220-250 dərəcəyə qədər qızdırıb tartaletlərinizi yüngül qızartıya qədər bişirə bilərsiniz. Tartaletlərimizi "şokoladlı" etmək üçün, şokoladlı doldurmanı hazırlayaq. Qaynar qaymağa şokolad dilimlərini qoyub, şokolad həll olunana kimi qarışdırın. Şokoladlı doldurmanı tartaletlərinizin üzərinə boşaldın. Zövqünüzə görə şokoladlı tartaletləri badam və ya fındıq qırıntıları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!