Qəfəs tortu resepti

Tərkibi:
İspanaqlı pandispanya üçün;

2 yumurta
1 çay stəkanı şəkər
2 yemək qaşığı ıspanaq suyu
1 çay stəkanı + 1 yemək qaşığı un
Yarım çay qaşığı qabartma tozu
kakaolu pandispanya
2 yumurta
1 çay stəkanı şəkər
1 yemək qaşığı kakao
1 çay stəkanından biraz az un
Yarım çay qaşığı qabartma tozu

Kremi üçün:

1 yumurta sarısı
3 su stəkanı süd
2 yemək qaşığı nişasta
1, 5 yemək qaşığı un
3 yemək qaşığı hindistan qozu
1 vanil
1 yemək qaşığı kərəyağ
4 yemək qaşığı şəkər
Arasına banan

Hazırlanması:

Əvvəlcə kremi hazırlayaq.
Vanil, kərəyağ istisna olmaqla qalan ərzaqları çırpıb qaza qoyaq tündləşənə qədər qarışdıraraq bişirək.
bişdikdən sonra qazın altını söndürüb kərəyağ ilə vanil əlavə edib qarışdırın.
Pandispanya üçün böyük dördbucaq qabın içinə yağlı kağızı səririk.
əvvəlcə şəkər, yumurta ağarana qədər çırpıb digər ərzaqları əlavə edib qaşıqla qarışdırıb qaba tökək.
əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 10 dəqiqə bişirək.
10 dəqiqəni keçməsin. 10 dəqiqədən sonra sobadan götürüb nəm parçanın üzərinə qoyaq pandispanyanı soyuyanda uzun şəkildə kəsək.
Alüminium folqa üzərində bu uzun xəmirlərdən qəfəs hörək.
Üzərinə kremi yayıb banan qoyub rulo şəklində bükək.

Nuş olsun!