Belə çörək yeməmisiniz - RESEPTLƏR

Yeməyi mütləq çörəklə yeyirik. Çörəksiz yedikdə isə ürəyimizə yatmır. fit.az çörəksiz doymayanlar üçün bir-birindən fərqli və ləzzətli çörək reseptlərini verir.



Balqabaq tumlu çörək

Belə çörək yeməmisiniz - RESEPTLƏR

Lazım olanlar:



1 ədəd yaş maya

1 stəkan ilıq süd

1 stəkan qatıq

1 stəkan duru yağ

1 çay qaşığı şəkər tozu

1 stəkan balqabaq tumu

1 xörək qaşığı kətan toxumu

1 xörək qaşığı xaş-xaş

1 çay qaşığı duz



Hazırlanması:



Yaş maya və ilıq südü qarışdırın. Daha sonra undan başqa digər ərzaqları tökərək yoğurun. Son olaraq unu əlavə edib, yoğurun. Yaranan xəmiri 30 dəqiqə saxladıqdan sonra iri kündələr hazırlayın. Üstlərinə balqabaq tumu qoyun. Sonda yağlanmış soba qabının içinə qoyaraq 25 dəqiqə 180 dərəcəlik sobada bişirin.



Rozmarinli çörək





Lazım olanlar:



3 stəkan un

1 stəkan ilıq su

Yarım stəkan zeytun yağı

1 xörək qaşığı şəkər tozu

1 çay qaşığı duz

1 paket yaş maya

2 tel təzə rozmarin



Hazırlanması:



Bir qabın içində ilıq su, şəkər tozu və mayanı yaxşıca qarışdırın. Başqa bir qabın içinə digər vəsaitləri qoyaraq qarışdırın. Mayalı qarışımı da əlavə edərək, qarışdırmağa davam edin. Son olaraq rozmarinləri əlavə edin və 30 dəqiqə mayalanması üçün gözləyin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.



Pomidorlu çörək



Lazım olanlar:



Yarım kilo un

1 stəkan su

Yarım stəkan zeytun yağı

Yarım paket yaş maya

1,5 çay qaşığı duz

50 qram qurudulmuş pomidor

1 çay qaşığı kəklikotu



Hazırlanması:



Qurudulmuş pomidorları isti suyun içinə qoyun və yumşaldın. Dərin bir qabın içində yaş maya, un və zeytun yağını qarışdırın. Qarışımın içinə kəklikotu və pomidor qurularını qatıb yoğurun. Mayalanması üçün 30 dəqiqə saxlayın. Xəmiri istədiyiniz formada düzəldib 180 dərəcəlik sobada üzəri qızarana qədər bişirin.



Nuş olsun!

lent.az