Qaragilə Piroqu - RESEPT

Ərzaqlar

1,5 stəkan qaragilə

4-6 x.q. şəkər tozu
Xəmir üçün


2 stəkan un

200 qram kərə yağı və yaxud marqarin

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

Bir çimdik duz

1 yumurta sarısı
Şirə üçün:


180-200 qram xama

2 ədəd yumurta

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

2 xəqə kartof nişastası




Hazırlanması

Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin.

Qaragiləni yuyub, təmizləyin.

Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin.

190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.

Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.

Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

Piroqun şirəsini hazırlamağa başlayın.

Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz.

Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qaragilə piroqu yumşaq olacaq.Nuş olsun!