Fəsəli - Resepti + Video

Lazım olan ərzaqlar:
Un: 2 stəkan,
Kenton qabartma tozu: 1 paket,
Quru maya: 1 çay qaşığı,
Duz: 1 çimdik,
İlıq süd: 1 stəkan,

İçlik üçün:

6 xörək qaşığı ərinmiş kərə yağ

Üzəri üçün:

Kenton şəkər kirşanı

Bişirmək üçün:

Duru yağ

Bişirmə qaydası:

Una quru maya, duz, Kenton qabartma tozu, südün bir hissəsi qatılır və xəmir yoğrulur.
Südün qalan hissəsi yavaş- yavaş ehtiyac olduğu qədər əlavə edilir.
Xəmir yoğrulub ələ yapışmamağa başladıqdan sonra 2 kündəyə bölünür.
Xəmiri yaymaq üçün masanın və kündənin üzərinə biraz un səpilir və çox yuxa bir formada yayılır.
Yayıldıqdan sora üzərinə ərimiş yağ bərabər olacaq şəkildə sürülür.
Yağlı yuxa rulet halına gətirilir.
Bundan sonra rulet spiral formasında bükülür.
Fəsəlini bişirmək üçün dərin və fəsəlinin ölçüsünə yaxın bir tavada duru yağ isidilir.
Spiral formasında bükülmüş fəsəli bu yağda qızılı rəng alana kimi bişirilir.
Bişən fəsəli soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpilir.


Nuş olsun!


1001dad.com