Şokoladlı Peçenye “Brauni” - Resepti

Dadı və forması dillər əzbəri olan Brauni tortuna çox bənzəyən, ağızda əriyən çox dadlı peçenyeni uşaqlarınız üçün bişirə bilərsiniz.

Tərkibi:

100 qr kərə yağı və ya marqarin
¾ stəkan şəkər tozu
1 yumurta
1 çay qaşığı vanil
1 stəkan un
5 xörək qaşığı kakao
1/3 çay qaşığı soda
¼ çay qaşığı duz

Hazırlanma qaydası:

Öncə yumşaldılmış kərə yağı və ya marqarini şəkər tozuyla mikserlə çırpın. Üzərinə yumurta və vanil əlavə edib çırpmağa davam edin. Daha sonra un,kako,soda və duz əlavə edib yenə çırpın.
Xəmiri 1 saatlıq soyuducuya qoyun. Soyudulmuş xəmirdən qoparıb 3 sm diametri olan kürəciklər düzəldin,əlinizlə yüngülcə yastılaşdırın. Kürəcikləri yağlı kağız sərilmiş siniyə düzün və 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Bişmiş peçenyeləri soyudun və süfreye verin.

Nuş olsun!