Balqabaqlı Keks - Resepti

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız.

Keksin tərkibində bir çox ədviyyat var, amma onların hamısından azca qatılır ki, balqabağın dadını tamamilə öldürməsinlər. Keksə eyni zamanda zeytun yağı da vururam ki, o keksə nəmlik qatır. Bu keks otaq temperaturunda 5 günədək keyfiyyəti, yumşaqlığı zərər görmədən qala bilir (detallar reseptdə). Siz də bişirin, görün balqabaqlı keksim xoşunuza gəlirmi.

Nuş olsun!