Döşəməli aş resepti

Tərkibi:
4 st uzun düyü
1 ədəd toyuq
500 q təmizlənmiş şabalıd
1 ədəd baş soğan
1 st kişmiş
9-10 ədəd albuxara
9-10 ədəd qaysı
1/2 ç.q sarıkök ya da zəfəran
4 x.q əridilmiş kərə yağı
Duz
İstiot

Hazırlanması:

Təmizlənmiş şabalıdın üstünə duz səpib yağda az qovururuq.
Sonra üstünə yuyulmuş albuxaranı və qaysını əlavə edirik.
Sonra təmizlənib yuyulmuş kişmişi töküb az qovururuq.
Düyünü adi qaydada duzlu suda bişirib süzürük. Üstünə zəfəran ya da sarıkök tökürük.
Plovu dəmə qoyacağımız qazanı götürüb yağı töküb qızdırırıq.
Toyuq ətini qazanın dibinə yığırıq. (Toyuğu duzlu suda bişiririk.)
Soğanın qabığını soyub nazik halqa ya da dörd bölüb doğrayırıq.
Sonra ətin üstünə doğranmış soğanı əlavə edib duz və istiot səpirik.
10 dəqiqə kimi vam odda bişiririk.Sonra üstünə süzülmüş düyünün yarısını tökürük.
Tökdüyümüz düyünün üstünə şabalıd qovurmamızı tökürük.
Qalan düyünün yarısını üstünə tökürük. Yağ əlavə edib vam odda dəm almağa qoyuruq.
Plov 1-1,5 saata dəm alacaq.Zövqə görə hazır plovu ya qaba yığıb bəzəyə bilərsiniz. Ya da qaba çevirib süfrəyə verə bilərsiniz.
Qeyd: Əgər toyuğu bişməmiş istifadə etsəniz onda plovu az vam odda 2 saata dəmdə saxlamaq lazımdır.

Nuş olsun!