Un və şəkərsiz kremli rulet şirniyyat Resepti
Un və şəkərsiz şirniyyat olmaz fikrini həyatımızdan çıxarmaq üçün fərqli reseptlər axtarmağa və sınamağa davam edirik. Bu günki resept isə kremli ruletdir.
Tərkibinə daxildir:
Ruletin özü üçün:
3 yumurta
Bir çimdik duz
Krem üçün:
Bir qab yumşaq kəsmik (mən Danone 170 qramlığı işlətdim)
Bir tam çay qaşığı yağlı smetan
İki tam çay qaşığı bal
İki çay qaşığı kakao
Üstü üçün:
6 ədəd çiyələk
Bir az kakao
Ümumi ruletin enerji dəyəri 480 kkaldır.
Düzəldəcək olan bütün izləyicilərə nuş olsun!