Krem pendirli piroq Resepti

Ərzaq :

2 yumurta
1-1,5 st. un
1 paçka marqarin
200 q.kəsmik
0,5 çq.soda
bir çimdik duz
2 krem pendir
5-6 diş sarımsaq
2 da.xama
cəfəri zövqə görə

Hazırlanması:

Un, yumurta, marqarin, kəsmik, soda, duzla xəmir yoğurun,2 yerə bölüb 30 dəqiqəlik isti yerə qoyun.
İç üçün: Krem pendiri rəndələ, sarımsağı əzin, göyərtini doğrayın xama ilə qarışdırın.Xəmiri yayıb bir hissəsinə iç qoyub ikinci hissə ilə örtün, 180' də 30 dəqiqə sobada bişirin.

Nuş olsun!