İslam dini qohumların evliliyinə necə baxır?

Belə ailədə doğulan uşaqların xəstəliklərə tutula biləcəyini deyirlər
fit.az islam.az-a istinadən bildirir ki, İslam dini qohumların evliliyinə necə baxır? Belə ailədə doğulan uşaqların xəstəliklərə tutula biləcəyini deyirlər.
Bu kimi fikirlər İslam dini baxımından etibarlı deyil. İslamda belə bir qadağan yoxdur. Əgər qohumların evliliyi həqiqətən təhlükəli olsaydı, şəriət bunu qadağan edərdi. Bu kimi hallar ya təsadüfdən qaynaqlanır, ya da həmin kişi ilə qadının spesifik genetik xüsusiyyətindən irəli gəlir. Ətrafımızda xoşbəxt evlilik həyatı yaşayan və sağlam övladlar böyüdən o qədər insan var ki, onlar bu fikrin səhv olduğunu söyləməyə ciddi əsas verirlər. Unutmayaq ki, Həzrət Əli də Fatimənin (ə) atasının əmisi oğlu idi. Həzrət Əli (ə) öz qızlarını bir qayda olaraq qardaşı uşaqlarına (Əqilin və Cəfərin oğullarına) ərə verirdi. Doğrudur, İslamda qohumdan yox, yad ailədən qız almağa üstünlük verilir. Amma bunun səbəbi yuxarıdakı məsələ deyil. Yad ailədən qız almaq ona görə yaxşıdır ki, bu zaman insanın qohumluq dairəsi genişlənir, nəsil böyüyür, daha geniş qol-budaq atır.