Kişilərin Bu Xüsusiyyətləri Qadınları Əsəbiləşdirir

fit.az sizə qadınların kişilərdə sevmədiyi 4 xüsusiyyəti təqdim edir:

Çoxbilmişlik – Qadınlara görə kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə ki, bu, qadınları ən çox hövsələdən çıxaran məqamlardandır. Kişi onlarla hesablaşmır, hər şeyi etdikdən sonra deyir, hətta deməyə də bilər. Qadınlar onlarla məsləhət edilməsini istəyir.

Unutqanlıq – Necə olur ki, kişilər matç vaxtlarını, kim, nə vaxt “qol” vurub, hətta necə vurub, qapıçı kim idi və s. bu kimi “əhəmiyyətsiz” hətta “lazımsız” məlumatları əla hafizələrində saxlayırlar, amma onların nə vaxt tanış olduğunu, o vaxt, yəni ilk görüşdə nə geyindiyini, evlilik ildönümünü, ad günlərini unudur. Kişilərin bu xüsusiyyəti qadınların depressiyaya düşmələrinə də səbəb olur.

Gözlətmək – Qadınların həyatda ən çox əhəmiyyət verdikləri şey geyim seçmək, makiyajını yeniləməkdir. Onlara görə bu işlərə sərf olunan vaxt ən dəyərlidir. Buna görə kişiləri gözlətmək problem deyil. Lakin siz xanımınızı 10 dəqiqə gözlətsəniz o çox əsəbləşə bilər.

Fikrin dağınıq olması, laqeydlik – Hər qadın sevgilisinin öz yanında rahat olmasını istəyər. Ancaq hər şeyin olduğu kimi rahatlığın da bir sərhədi olmalıdır. Adətən kişi evdə çox oturduqda ya televizora baxır, ya da yatır. Qadınlar “burda başqası olsaydı dil -dil ötərdin, zarafatlarından qalmazdın, mənə çatanda səni ya yuxu basır, ya da əhvalın pozulur”- deyib yaman əsəbləşirlər. Qadınlar üçün bu stressdir.

kishi.az