Həm həyat yoldaşı həm həyat sirdaşı

Həyat yoldaşınıza etibar edirsinizmi? Ya da həyat yoldaşınıza nə qədər etibar edirsiniz? Evliliklə bağlı ən mühüm suallardan biri də budur və əslində sağlam evliliyin sirri də elə bu sualların cavabındadır.

Hər şeydən əvvəl deyək ki, burada heç də sədaqət mənasını da verən etibardan söhbət getmir. Məsələn Həyat yoldaşınızla sirrinizi bölüşürmüsünüz? Ya da həyat yoldaşınız sizinlə sirrini bölüşürmü?, Həyat yoldaşınıza qarşı nə qədər açıqsınız? Və s. kimi...

Əlbəttə ki, ən yaxşısı ilk növbədə həyat yoldaşınızla dost olmaqdır. Çünki ancaq dost olmaqla onunla sirrinizi bölüşə, ya da ona sirrinizi aça bilərsiniz. Ancaq bəzən tərəflərdən biri xoş niyyətli olmadıqda, qarşı tərəfin bölüşdüyü sirr elə ilk münaqişədə üzə çıxarır. Təbii ki, bu da onun inamının sarsılmasına səbəb olur. Halbuki ailədə tərəflər bir-birlərinə hamıdan çox etibar etməlidirlər. Əgər tərəflər özlərini ailədə təhlükəsiz hiss etməsələr, özlərini təhlükəsiz hiss etdiklərini başqa məkan axtarmaq məcburiyyətində hiss edərlər. Bu isə, heç şübhəsiz ailənin möhkəmliyinin təhlükə altında qalması deməkdir. Bu baxımdan tərəflər bir-birilərini sirdaşı olmalı, dediklərini gələcəkdə onlara silah kimi geri qayrtarmayacağına inanmalıdırlar. Ancaq bu şəkildə tərəflər arasında ideal bir münasibət qurmaq olar. Əks halda eyni evdə iki fərqli dünya mövcud olar ki, bu da o evlilik üçün fəlakətdən başqa bir şey vəd etməz.

O həm Yoldaşımdır, həm Sirdaşım!


Sirlərini bir-birləri ilə bölüşə bilməyənlər, təbii ki, həyatlarını da bir-birləri ilə bölüşə bilməzlər. Ona görə də istər kişi, istərsə də qadın əgər öz sirlərini asanlıqla həyat yoldaşı ilə bölüşə bilirsə, deməli, bu evlilik möhkəm təməllər üzərindədir. Ancaq bu şəkildə tərəflər bir-birlərinin həm dostu, həm də sirdaşı ola bilərlər. Əks halda hər iki tərəf bir-birinin zəif tərəfini tutmağa çalışan iki rəqib idmançıya çevrilər. Bi isə həm o evliliyin evlilikdən çıxmasına, həm də gələcək problemlər üçün təməllərin atılmasına gətirib çıxarır.