İnsan psixologiyasını pozan 5 QİDA - MÜTLƏQ OXUYUN!

Aparılan araşdırmalara görə, marqarin, fəstfud və qablaşdırılmış şirniyyat məhsulları insan psixologiyasını pozur.

fit.az
xarici mətbuata istinadən xəbər verir ki, bu məhsullar psixologiya üzərində mənfi təsir yaradaraq ruhi vəziyyətin qəfil dəyişməsinə səbəb olur.

Elmi araşdırmalar göstərib ki, ekoloji və fizioloji amillərlə yanaşı, bəzi qida məhsulları da psixoloji durumumuza təsir edir.

İnsan psixologiyasını pozan 5 QİDA - MÜTLƏQ OXUYUN!


Trans yağlar təkcə sağlamlığımıza deyil, eyni zamanda, psixoloji durumumuza da mənfi təsir göstərir. Trans yağ əvəzinə kərə yağı istifadə edin.

Qablaşdırılmış şəkər məhsulları




Şirniyyatlar ruh halınıza mənfi istiqamətdə təsir edir. Qablaşdırılmış şirniyyatların içərisinə qatılan bir çox müxtəlif zərərli maddələr uşaqlarda diqqət çatışmazlığı kimi sağlamlıq problemlərinə də yol açır.

Fəstfud




Fəstfud məhsullarının psixologiyamıza verdiyi təsirləri də qorxuludur. Araşdırmalar göstərib ki, fəstfud məhsulları depressiya yaradır, tərkibindəki yağlar isə bədənin ən böyük düşmənlərindən biridir.

Qarğıdalı çubuğu




Qarğıdalı çubuğu və səhər yeməyində istifadə edilən qarğıdalı yarması melanxolik ruh halına səbəb olur. Tərkibində güman edildiyindən daha çox miqdarda şəkər olan bu məhsulları pəhriz siyahısından çıxardın.

Qablaşdırılmış meyvə quruları



Meyvə quruları və qutu konserv kimi hazır məhsullar psixologiyanıza mənfi istiqamətdə təsir edir. Onlara qatılan kimyəvi maddələr insanda yorğunluq və zəiflik yaradır.

publika.az