Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 24-ü gecəyə doğru, mayın 25-i gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.