Ayxan Abbasov "Turan Tovuz”la müqavilə bağladı

"Turan Tovuz" futbol komandasının yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb.


Fit.az "Report"a istinadən xəbər verir ki, mərasim Tovuz şəhər stadionunda təşkil olunub.


41 yaşlı mütəxəssis əvvəlcə "Turan Tovuz" Futbol Akademiyasında yaradılmış şəraitlə və məşqçi heyəti ilə tanış olub. FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA-nın inşa etdirdiyi bazada olan Abbasov orada yaradılmış şəraitlə bağlı məlumatlandırılıb.


Daha sonra o, akademiyanın nümayəndələri və məşqçi heyəti ilə tanış olub.


Qeyd edək ki, mərasimə Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev də qatılıb.