Alveş "Barselona"dan ayrıldı
Müdafiəçi Dani Alveş “Barselona”nı tərk edir.
Fit.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu instaqram hesabında paylaşım edib.
Alveş iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agent kimi ayrılacaq.
39 yaşlı futbolçu ötən mövsüm La Liqada 14 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.