"Bursaspor"dan ayrılan Namiq Ələsgərovun yeni klubu məlum oldu - VİDEO

Türkiyə "Bursaspor"undan ayrılan Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun yeni klubu müəyyənləşib.


Fit.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Sabah"la 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, “Sabah” bunadək Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib.