Bakıda bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub - FOTO

Bakının Sabunçu rayonundakı məktəblərin birində eyni sinifdə oxuyan şagirdlərin hamısı ali məktəbə daxil olub.


Bu barədə Fit.az-in "qaynar xətti"nə məlumat daxil olub.


Bu uğur Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 nömreli tam orta məktəbin "11a" şagirdlərinə məxsusdur.


Eyni sinifdə oxuyan 15 şagirdin tələbə adını qazanması maraqla qarşılanıb.