Azərbaycanda 67 minə yaxın abituriyent tələbə adını qazanıb

Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb.


Bu barədə Fit.az-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


Bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.