Ali məktəblərə qəbulun nəticələri açıqlanıb

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb.


Fit.az xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı https://eservices.dim.gov.az/2022/netbakmus1/ və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Qeyd edək ki, Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.