Lənkəranda 600-dən yuxarı bal toplayanlanlar mükafatlandırılıb

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ötən tədris ilinində nəticələr uğurlu olub.


Fit.az report-a istinadən xəbər verir ki, tədris ilinin yekununa görən Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olan rayonlar üzrə ali təhsil müəssisələrinə qəbulda fərqlənən tələbələrlə görüş keçirilib.


Görüşdə Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Elxan Nəcəfov çıxış edərək nəticələri diqqətə çatdırıb.


E.Nəcəfov bildirib ki, ali təhsil müəssisələrinə imtahan zamanı 16 nəfər 650 baldan yuxarı olmaqla 67 məzun 600 baldan yuxarı bal toplayıb:


"Qızıl və gümüş medalçıların sayı 7, müxtəlif fənn olimpiadalarda yüksək nəticələr göstərən şagirdlərin sayı isə 24 nəfər olub. Əldə olunan göstəricilər qürurvericidir. Uğur sadəcə yüksək rəqəmlərlə ölçülmür. XXI əsrdə hər bir insan ən vacib bacarıqlara - dil bilgiləri, dözümlülük, vətənpərvərlik, kompüter bacarıqlarında daha uğurlu istifadə etmə və sağlam həyat tərzinə malik olmalıdır”.


Görüşdə təhsil uğurlarına görə fərqlənən məzunlara hədiyyə və diplomlar təqdim olunub. Tədbir istedadlı gənclərin maraqlı ifaları ilə davam edib.